Sunday, 22 July 2018

Java-da metodlar (2)

Java proqramlaşdırmada metodlar mövzusunun davamı. Əgər metod heç bir dəyər qaytarmırsa, metod tipi"void" kimi qeyd olunur. Məsələn,

public class Test
{
    int i;

    public void setValue(int k)
    {
       i=k;
    }
}


Burada metoda metoda parametr kimi daxil edilən "k" dəyişəni "i" dəyişəninə mənimsədilir.
Metodların çağırılması metodun "instance" və ya "class" (static) olmasına görə dəyişir. Instance metod yalnız həmin sinifdən yaradılmış bir nümunə obyekt vasitəsilə çağırılır və həmin obyektə aid bir əməliyyat yerinə yetirilir. Üstdəki nümunənin davamı olaraq:

public static void main (String[] arg)
{
    Test t1=new Test();
    Test t2=new Test();
    t1.setValue(5); //t1 üçün i=5 olur
    t2.setValue(10); // t2 üçün i=10 olur
}


"class" və ya "static" metodlar obyekt yaradılmadan da sinif vasitəsilə çağırıla bilir. Static metodlar static olmayan dəyişənlər üzərində əməliyyat apara bilməz. Buna görə də yalnız parametrlər daxil etməklə əməliyyat aparılır. Məsələn, Math sinfindəki bütün metodlar static'dir. Qüvvətə yüksəltmə metodu:

public static void main (String[] arg)
{
    double i=Math.pow(5, 2);
}


Burada 5-in 2-ci dərəcədən qüvvətinin dəyəri "i" dəyişəninə mənimsədilir. Bu cür metodlar əksər hallarda heç bir obyekt yaradılmasına ehtiyac duyulmayan helper/utility tipli siniflərdə olur.

No comments:

Post a Comment