Bir obyekt olaraq maşının bir xüsusiyyəti və davranışları var. Markası, modeli, ili, motor həcmi və s. onun xüsusiyyətlərini təşkil edir. Maşının hərəkətə başlaması, sürətini artırması, yavaşlaması, dayanması kimi də davranışları var. Buna proqramlaşdırma nöqteyi nəzərindən baxsaq, bu cür ifadə etmək olar:
Maşın-bir sinifdir.
Xüsusiyyətlərini dəyişənlər vasitəsilə ifadə edə bilərik.
Metodlar vasitəsilə də davranışlarını göstərərik.
public class Car
{
String name;
String model;
int year;
double engine;
public void start()
{
}
public void accelerate()
{
}
public void stop()
{
}
}
Metodların nə edəcəyi istəyə uyğun formada yazıla bilər. Burada sadəcə
ümumi skeleti göstərilib. Bu sinifdən ayrı ayrı nümunə obyektlər yaradıb
onlara xas dəyərlər verdikdə hərəsinin öz xüsusiyyətləri olan fərqli,
amma eyni sinfə aid obyektlər əldə etmiş olarıq. Metodlar da bu
dəyərləri emal edəcək şəkildə yazılarsa, hər obyektin öz davranışı
olacaq. Məsələn,
public static void main (String [] arg)
{
//Car sinfindən bir nümunə yaradılır
Car car=new Car();
//Uyğun dəyişənlərə dəyərlər verilir.
car.name="Mercedes Benz";
car.model="C class";
car.year=1995;
car.engine=2.3;
car.start();
car.accelerate();
car.stop();
}
Eyni qayda ilə bir çox məsələyə bu cəhətdən yanaşıb analogiya yaratmaq mümkündür.OOP'nin abstraction, encapsulation, polymorphism, inheritance kimi prinsipləri var
ela super
ReplyDelete